"Flash TVnin aparıcısı Gökhan Taşkın dostunu odlu silahla dabanından vurması xəbərinə açıqlama verib.
Unikal.org-un Axşam.az-a mediasına istinadən məlumatına görə, teleaparıcı yazılanların yalan olduğunu və heç kimi güllələmədiyini deyib:
"Belə bir hadisə baş verməyib. Hazırda televiziyada işimin başındayam. Tutulub eləməmişəm. Mənim üzərimdən belə xəbərlər yazılır. Mən də təəccüblənirəm. Belə hadisə baş versə, polisdə olardım, işdə yox. Məsələnin mənimlə əlaqəsi yoxdur. Küçədə yüngülvari zarafatlaşma oldu. Bunu güllələnmə kimi qələmə verdilər. Üstəlik, heç kəs yaralanmayıb. Dostum yüngül bir hadisəyə qarışdı, biz də xəstəxanaya getdik. Mən də məsələ ilə bağlı polisə ifadə vermişəm. Düzdür, silahım var. Vurulduğu iddia edilən şəxs də dostumdur. Onsuz da şikayətçi olmayıb. Bir zarafatlaşmanı ciddi bir hadisəymiş kimi yazdılar. İçki də içməmişdim. Mən səhərdən televiziyada işdəyəm.