Nə qədər ki, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması barədə razılıq əldə etməyiblər, müharibə təhlükəsi həmişə olacaq və buna hazır olmaq lazımdır.
Unikal.org Virtualaz.org-a istiadən xəbər verir ki, bunu Ermənistanda artan müharibə narahatlıqları və Beynəlxalq Böhran Qrupunun Qarabağda müharibənin yetişdiyi haqda son hesabatını şərh edən politoloq Armen Bədəlyan deyib.
"Aravot qəzetinin yazdığına görə, Bədəlyan hesab edir ki, beynəlxalq vasitəçilərin, Minsk Qrupunun münaqişəyə yetərincə diqqət ayırmadıqları haqda deyilənlərlə razı deyil. Çünki Azərbaycan özü də imkan verməz ki, münaqişə yaddan çıxsın. "Azərbaycan hər dəfə fürsət düşən kimi göstərmək istəyir ki, münaqişə həll olunmayıb və ona diqqət ayırmaq lazımdır, - Bədəlyan bildirib.
Erməni politoloq Ermənistanda "Azərbaycana preventiv zərbə endirməyə çağıran bəzi generalları boşboğaz adlandırıb.
"Yaxşı olardı ki, həmin o birinci hücum etmək tərəfdarlarının uşaqlarını hərbi xidmətə göndərsinlər və qoy onlar hücum edən qoşunların ön sıralarında yer alsınlar. Görək o vaxt həmin divan generalları yenə də birinci hücum etmək barədə danışacaqlar? Fəallıq ancaq diplomatik sahədə olmalıdır. Ermənistan isə elə siyasi və iqtisadi çəkiyə malik deyil ki, diplomatik cəhbədə fəallıq göstərsin, - erməni politoloq bildirib.