İraqın ikinci böyük şəhəri Mosul İŞİD terror təşkilatından tam azad edilib.

Unikal.org-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Mosula səfər edən İraq baş naziri Haydar əl-İbadi bəyan edib.

İraq baş naziri qələbə münasibəti ilə əsgərləri və xalqı təbrik edib.

Bununla da Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatı 265 gün sonra başa çatıb.