Müğənni Natavan Həbibi reper Dado (Səid) Əliyevlə ailə quracağı xəbərlərini qəribə qarşılayanlara təəccüblənib.
Unikal.org axsam.az-a istinadən xəbər verir ki, "Xəzər Maqazinə açıqlama verən ifaçı bunları deyib:
"Hamı üçün bu, əməlli-başlı hadisə imiş. Bilsəydim, məni bu qədər ərə vermək istəyirsiniz, çoxdan ailə qurardım. Başa düşmək istəyirəm ki, bu qədər maraq nəylə bağlıdır? Hər şeyi gözləyirdim. Bircə, o yaş söhbətini fikirləşməzdim. Çünki mən özümü onun yanında o qədər balaca hiss edirəm ki... O, uşaq kimi deyil, mənim yanımda püxtələşmiş insandır. Bu söhbət çıxanda barmağımı dişlədim ki, vay, bu mənim ağlımdan çıxmışdı.
Natavan özünə 2 toy edəcəyini və məclislərin mediaya qapalı olacağını bildirib:
"Bir-birindən fərqli 2 toy olacaq. Toyuma hamını çağırmayacağam. Mənim yaxşı günümə sevinən, səmimiyyətini hiss elədiyim insanları dəvət edəcəyəm. Bir neçə insan var ki, sual altındadır: çağırım, ya çağırmayım? Toyum mediaya qapalı olacaq. Bəzilərinə xahiş eləmişik ki, hətta üzərlərində telefon da olmasın. Tapşırmışıq ki, toydan İnstaqramda heç nə paylaşmayın. Özüm sonra sosial şəbəkədə video, fotoları seçib paylaşacağam".