DAA-nın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, DAA prezidenti Rəşad Quliyev Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsinin insanlıq əleyhinə cinayət olduğunu bildirib, Ermənistana qarşı sərt sanksiyalar tətbiq edilməsinin zəruriliyini vurğulayıb.
DAA prezidenti Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda davamlı sülhün və sabitliyin təmin olunmasının yeganə yolu olduğunu bəyan edib. Alman Azərbaycan Mədəniyyət Evinin rəhbəri Ağa Ağayev deyib ki, bu hadisənin ilk belə hal deyil. Ermənistanın cinayətkar hakimiyyəti dinc əhalini dəfələrlə atəşə tutub, nəticədə onlarla dinc insan həyatını itirib. A. Ağayev Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün beynəlxalq ictimaiyyətdən qəti addımlar atmağı tələb edilməsinin zamanının çoxdan yetişdiyini bildirib.
Daha sonra işğalçı ordunun bu günə qədər dəfələrlə uşaq ölümlərinə səbəbkar olması və yüzlərcə uşağı qətl etməsinə etiraz olaraq uşaq kuklası səfirliyin giriş qapısına buraxılıb. Bu addımın simvolik mənası həm də ondan ibarətdir ki, bu gün Ermənistan cinayətkar hakimiyyəti oyuncaqları ilə oynamalı olan körpələri qətl edir və bu günə qədər körpələri qətl edərək özünün cinayətkar siyasətini həyata keçirib.
Piketin sonunda iştirakçılar adından Ermənistan hakimiyyətinə etiraz bəyanatı Ermənistan səfirliyinin poçt qutusuna atılıb.