Ermənistanın son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Allahverdiyevanın və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Səlminaz Quliyevanın ağır yaralanması ilə əlaqədar işğalçı ölkənin Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Unikal.org xəbər verir ki, aksiyada azərbaycanlılarla yanaşı, ermənilərin terrorçu əməllərini qınayan əcnəbilər də iştirak ediblər.

Əllərində həmvətənlərimizin həlak olması və ermənilərin terrorçu siyasətləri ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları "Biz ədalət istəyirik, "Qarabağ Azərbaycanındır və "Siz uşaq qatillərisiniz kimi şüarlar səsləndiriblər. (AzərTAc)