Sabah Azərbaycan çempionu "Qarabağ Çempionlar Liqasında yeni mövsümə start verəcək. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, Gürcüstan "Samtrediası ilə evdəki qarşılaşma Azərbaycan klublarının iyulun 11-də keçirəcəyi 7-ci qarşılaşma olacaq.
Belə ki, indiyədək təmsilçilərimiz 6 dəfə bu tarixdə meydana çıxıb. Həmin matçlarda qələbə sayında tarazlıq hökm sürür. 3 dəfə bizimkilər, 3 dəfə rəqiblər qalib gəlib.
İlk üç oyunda uduzan klublarımız 2013/14 mövsümündə eyni gündə "het-trik edib. Lakin bu üç qələbədə ümumi top fərqi 4-ə bərabər olub. Uduzduğumuz görüşlərdə isə rəqiblər daha amansızlıq göstərib. Onlar 10 cavabsız qol vurub.
Bunlardan 6-sı "Qarabağın matçına təsadüf edib. Ağdamlılar 18 il öncə Fransada "Monpelyedən ağır zərbə alıb. Lakin 2013-cü ildəki qələbələrdən biri də Qurban Qurbanovun yetirmələrinin hesabındadı. Əyalət klubu Makedoniya "Metallurqunu minimal hesabla yenib. Bu da o deməkdi ki, top fərqində geri olsa da, qələbə sayında "Qarabağda da tarazlıqdı.
Sabahkı oyunun nəticəsi bu tarazlığı poza bilər. Çempionumuz qələbəylə balansı pozmaq, xeyrimizə dəyişmək üçün çalışacaq.
1999/2000, İntertoto kuboku
2-ci mərhələ, cavab oyunu
11 iyul. "Monpelye (Fransa) - "Qarabağ - 6:0
2001/02, Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
11 iyul. "Barri Taun (Uels) - "Şəmkir - 2:0
2006/07, Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
11 iyul. "Sioni (Gürcüstan) - "Bakı - 2:0
2013/14, Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
11 iyul. "Xəzər Lənkəran - "Slima (Malta) - 1:0
11 iyul. "Qarabağ - "Metallurq (Skopye, Makedoniya) - 1:0
11 iyul. "Mariehamn (Finlandiya) - "İnter - 0:2