Bakıda restoranda yanğın olub, müştərilər təxliyə edilib.

 Unikal.org-un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində, Azərbaycan prospekti 35 ünvanında yerləşən "Shaurma N1 restoranında baş verib. Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan restoranının mətbəxində 1 ədəd kartof bişirən aparat, 3 p.m elektrik kabeli və tüstü bacasında 4 p.m yağ qalıqları yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı restorana elektrik enerjisinin verilməsi dayandırılıb, təhlükəsizlik məqsədilə müştərilər təxliyə edilib.

Yanğın saat 21.40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.