Goranboyda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Əlirzalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı yaşayış evinin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İmişlidə yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, İmişli rayonu, Otuziki kəndində vətəndaşa məxsus ümumi sahəsi 190 m2 olan birmərtəbəli 5 otaqllı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 160 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.