Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Barat Albayraq Azərbaycan Prezidenti İlham Əliyevə Tvitterdə Azərbaycan dilində təşəkkür edib.

Unikal.org bildirir ki, öz rəsmi hesabında tvit paylaşan Barat Albayraq Prezident İlham Əliyevə 22-ci Dünya Neft Konqresində iştirak etdiyi üçün, "Dəvətimizi qəbul edib, WPC-yə gələrək bizi şərəfləndirən Azərbaycan Prezidenti hörmətli İlham Əliyevə təşəkkür edirik sözlərini yazıb.

Qeyd edək ki, Barat Albayraq Türkiyənin Enerji və Təbii Sərvətlər naziridir. O, rəsmi Tvitter hesabında Serbiya, Bolqarıstan və Albaniya prezidentlərinə də təşəkkür edib.