İyulun 4-də baş verən dəhşətli faciədən - Ermənistan silahlı qüvvələrinin 82 və 120 millimetrlik minomyotlardan və dəzgahlı qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 18 aylıq Zəhra Quliyevanın və onun 50 yaşlı nənəsi Sahibə Allahverdiyevanın həlak olmasından sonra Azərbaycan ilə Ermənistan arasındakı cəbhə xəttində baş verənlərin bütün məsuliyyəti Serj Sarkisyanın cinayətkar və kriminal rejimi üzərinə düşür.
Unikal.org bildirir ki, bu barədə İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq əlaqələr üzrə tanınmış ekspert Arye Qut Israilin ən avtoritet ingilisdilli "Jerusalem Post" qazetinin "Ermənistan-Azərbaycan gərginliyi - 2 yaşlı Azərbaycan qızı və onun nənəsi Ermənistan vəhşiliyinin hədəfləri və qurbanları oldular" məqaləsində yazıb.
