Kot dİvuarın Abidcan şəhərində İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuzt xidmətindən Unikal.org-a verilən məlumata görə, Azərbaycanı tədbirdə xarici işlər nazirinin xüsusi nümayəndəsi statusunda Oqtay Qurbanov təmsil edib.
Sessiyada O. Qurbanov nazir Elmar Məmmədyarovun adından çıxış edib.
Sessiyada Azərbaycan nümayəndəsinin çıxışı zamanı 2017-ci ilin prezident İlham Əliyev tərəfindən İslam həmrəyliyi ili elan edilməsi, ölkəmizdə İslam Həmrəylik Oyunlarının uğurla keçirilməsi kimi məsələlərə toxunulub. Həmçinin, İƏT üzv dövlətlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə İƏT Nazirlər Şurasının qətnamələrində də əks olunduğu kimi, qəti və ədalətli mövqeyinə görə təşəkkür ifadə edilib və 4 iyul tarixində Ermənistanın silahlı təxribatının nəticəsi olaraq iki nəfər mülki sakinin, 2 yaşlı qız və nənəsinin öldürülməsinin, digər qadının isə yaralanmasının beynəlxalq humanitar və insan hüquqlarının kobud şəkildə pozulmasına digər bir əyani sübut olduğu bəyan edilib. Bu kimi hüquqpozmalara görə cəzasızlığa son qoyulması üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı daha qəti və hədəfli tədbirlərin görülməsinin labüd olduğu vurğulanıb.
Sessiyada ölkəmizlə bağlı bir sıra mühüm qətnamələr, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib. Həmçinin, Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar İƏT və ona üzv dövlətlərin bu soyqırımın qurbanları ilə həmrəyliyini ifadə edən, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili ölkəmizdə İslam Həmrəyliyi ili elan etməsini alqışlayan ayrıca qətnamələr qəbul edilib.
"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü başlıqlı qətnamədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi tələb edilir və qətnamədə əks olunmuş tələblərin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsinə dair narahatlıq ifadə olunur. Həmçinin, bütün dövlətlər Ermənistanın silah və hərbi təchizatlarla təmin edilməsinə və öz ərazilərindən bu kimi təchizatların ötürülməsi məqsədilə istifadə edilməsinə yol verməməyə çağırılır. Eyni zamanda, Azərbaycanın işğal edilmiş ərazilərindəki arxeoloji, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi və vandalizm aktları kəskin şəkildə pislənilir. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, həmçinin ATƏT-in sənədləri və qərarlarına uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi əsasında tez bir zamanda siyasi həllinin tapılmasına çağırış edilir. Sözügedən qətnamədə digər bir məqam üzv dövlətlərin BMT yanında daimi nümayəndələrinin BMT-nin Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsinə tam dəstəyin verilməsi üzrə təlimatlandırma barəsində qərarın əks olunmasıdır. Qətnamədə həmçinin Azərbaycan hökuməti və xalqı tərəfindən ölkənin müdafiəsi üçün edilən səylərə həmrəylik və tam dəstək ifadə olunur.
"Xocalı qırğınının qurbanları ilə həmrəylik başlıqlı qətnamədə 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səslənilir. Qətnamədə həmçinin "Xocalıya ədalət Beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilir və üzv dövlətlər kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində yaxından iştirak etməyə dəvət edilir.
Qəbul edilmiş digər qətnamə "2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan edilməsi barəsindədir. Qətnamədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi ili elan edilməsi alqışlanır, Azərbaycan Respublikası tərəfindən sivilizasiyalar arasında mədəniyyət və dinlərarası anlaşma və dialoqun təşviqi istiqamətində səylər təqdir edilir və 2017-ci ilin 12-22 may tarixlərində Bakıda IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə təşkili və qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə təşəkkür ifadə olunur. Sonda Azərbaycan Respublikasının Naxçıvan şəhərinin 2018-ci il üzrə İslam Mədəniyyət Paytaxtı elan edilməsi alqışlanır.
"Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması adı altında qəbul edilmiş sənəddə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir.
Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunur.