Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Samtredia" heyətini gücləndirib.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, Gürcüstan çempionu yeni hücumçu alıb.
Ötən mövsümü Portuqaliyanın "Vitoriya Gimaraynş" komandasında keçirən İnters Oşens Gui bundan sonra "Qarabağ"ın rəqibinin şərəfini qoruyacaq. 25 yaşlı hücumçu ilə bağlanan müqavilənin detalları haqqında məlumat verilməyib.
Fil dişi sahilli oyunçu mərhələnin ilk oyununa çatmasa da, cavab matçında meydana çıxmağa hazır olacaq.
Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşmada "Qarabağ" doğma meydanda 5:0 hesablı qələbə qazanıb.