"Nəticənin belə olacağını gözləmirdim".
Unikal.org un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Dino Ndlovu Gürcüstan "Samtredia"sını 5:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Qollardan ikisinin müəllifi olan cənubi afrikalı hücumçu hələ tam hazır vəziyyətdə olmadığını bildirib: "Özümü 100 faiz formada hiss etmirəm. Amma həmişə özümə və komanda yoldaşlarıma pozitivlik, inam aşılamağa çalışmışam. Bu oyunu unutmağa çalışacaq və fikrimi qarşıdakı matçlara yönəldəcəyəm".
Ndlovu ilk oyununda qol vuran "Qarabağ"ın yeni transferi Donald Gerryer barədə də danışıb: "Donald komandaya alışma mərhələsindədir. Mən onun əvəzinə də şadam. Gerryeri təbrik edirəm və düşünürəm ki, o, sükanı belə saxlaya biləcək".
Qeyd edək ki, "Samtredia" və "Qarabağ" arasındakı cavab görüşü iyulun 18-də Gürcüstanın paytaxtı Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda keçiriləcək.