"Azyaşlının Ermənistan ordusu tərəfindən öldürülməsi pislənilməlidir.
Unikal.org xəbər verir ki, bunu APA-nın Tehran müxbirinə İran parlamentinin Urmiyadan olan deputatı Nadir Qazipur deyib.
Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində azyaşlının öldürülməsi faktının pislənməsinə dair İranda 20 mindən artıq imza toplandığını və bununla bağlı Xarici İşlər Nazirliyinə müraciət göndərdiyini qeyd edən millət vəkilinin fikrincə, bu addımların pislənməsinə dair beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır.
N.Qazipur bildirib ki, onlar həmişə uşaqların qətliamını pisləyiblər, hər zaman müxtəlif ölkələrdə, o cümlədən Yəməndə, Suriyada, Kəşmirdə və digər yerlərdə bu kimi cinayətlərin dayandırılmasını tələb ediblər: "Azərbaycan xalqı bizə dostdur, müsəlman və qonşu xalqdır. Biz hər növ müharibəyə qarşıyıq. Düşünürük ki, bölgədə sülh və sabitlik olmalıdır. Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq.
Millət vəkili təklif edib ki, İran XİN Azərbaycan və Ermənistan XİN başçılarının Tehranda görüşünü təşkil etməlidir: "İran XİN başçısı Azərbaycan və Ermənistandan olan həmkarlarını Tehrana dəvət etsin və bu münaqişənin diplomatik yollarla həlli müzakirə olunsun. İranın belə bir potensialı var. İran sülhsevər ölkədir.
Qeyd edək ki, İranda Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva və mülki şəxslərə qarşı törədilmiş cinayətləri pisləmək məqsədi ilə kampaniya başladılıb.
Hər kəsin yalnız 1 imza vermək haqqının olduğu bu kampaniya "Yolpress mətbu orqanı tərəfindən "Telegram proqramında həyata keçirilir.
Kampaniya elan olunandan 72 saat ərzində artıq 20 161 nəfər bu kampaniyaya qoşularaq ermənilərin cinayətini pisləyib.
Redaksiyası Urmiya şəhərində yerləşən "Yolpress Azərbaycan və fars dilində yayımlanır, əsasən Şərqi və Qərbi Azərbaycan əyaləti və bölgə xəbərlərini işıqlandırır.