İsveçdə inşa olunan körpünün dəmir yolunun üzərinə uçması nəticəsində 12 nəfər xəsarət alıb.

Unikal.org-un İsveç mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İsveçin mərkəzində yerləşən Dalarna şəhərində baş verib.
Xəsarət alanlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.
Onlar helikopterlərlə xəstəxanaya çatdırılıb.
Məlumata görə, hadisə yerində 15-20 nəfərin ola biləcəyi ehtimal edilir. Hadisə baş verdiyi yerdə qatarların hərəkəti müvəqqəti olaraq saxlanılıb.