Perunun sabiq prezidenti Olyanta Umala və onun həyat yoldaşı Nadin Erediya həbs olunub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, onlar barəsində ilkin olaraq 18 aylıq həbs qətimkan tədbiri seçilib.

Hökm açıqlanan kimi məhkumlar polisin müşayiəti ilə məhkəməyə yollanıb və təslim olub. Hələlik keçmiş dövlət başçısı və xanımının məhz hansı həbsxanada saxlanılacağı məlum deyil.

İstintaqın məlumatına görə, O.Umala prezident olduğu dönəmdə (o, 2016-cı ilin iyul ayında vəzifədən gedib) Venesuela hökumətindən, eləcə də 2006 və 2011-ci illərdə seçki kampaniyalarında Peru Milliyyətçi Partiyasının maliyyələşdirilməsi üçün "Odebrecht" tikinti şirkətindən və OAS firmasından pul almış ola bilər.