Azərbaycan prezidenti İlham Əliyev İmişli rayonunun İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqındasərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, 40 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6 milyon manatı "Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.