Sabahdan "AI-92markalı benizinin qiyməti qalxacaq.

Unikal.org-un məlumatına görə, sürücülər yanacaqdoldurma məntəqələrinə axışaraq avtomobillərinin benzin çənlərini doldururlar.

Yayılan məlumatda bildirilir ki, iyulun 15-dən 70 qəpiyə satılan "AI-92 markalı benzinin qiyməti 90 qəpik olacaq.

Gözlənildiyinə görə, qiymətlərin artması haqda rəsmi məlumat gecə yarısından sonra elan olunacaq. Benzinin qiymətinin artmasının səbəbləri göstərilmir.