Unikal.org-un technote.az-a istinadən xəbərinə görə, bu barədə NASA-nın pilotlaşdırma proqramları üzrə departamentinin rəhbər iBill Gerstenmaier bildirib.
Mars planetinə uçuş "Space Launch Systemraketi" və"Orion"kosmik gəmisi vasitəsilə reallaşdırılacaq. Lakin ABŞ-ınAeronavtika İnstituturəhbərliyinin iclası zamanı Bill Gerstenmaier deyib ki, NASA Mars planetinə astronavt göndərmək üçün lazımi vəsaitə sahib deyil. Çünki "Space Launch System raketinin və "Orion" kosmik gəmisinin istehsalı külli miqdarda vəsait tələb edir.
Son 5 il ərzində NASA ictimaiyyəti insanların Marsa uçacaqları barəsində inandırırdı. NASA təmsilçilərinin sözlərinə görə, Mars planetinə uçuşlar artıq 2030-cu ildə reallaşdırılacaq. Lakin indi NASA reallığı qəbul edib. Astronavtları Mars planetinin səthinə endirəcək və daha sonra "Orion" kosmik gəmisinə geri qaytaracaq sistemin hazırlanması üçün NASA yetərli vəsaitə sahib deyil.
Bundan əlavə, Marsa uçuşdan öncə Aya uçuşun yenidən təkrarlanması barədə mübahisələr də səngimək bilmir. Aya uçuş proqramı da külli miqdarda vəsait tələb edir. "Əgər biz Ayda suyun olduğunu aşkar etsək, onda biz Yer kürəsinin peykinin müşahidə olunması üçün daha böyük proqramı reallaşdırmaq istəyirik. Bunun üçün bizim"Deep Space Gateway"adlı Ay stansiyamız var -deyə Bill Gerstenmaier bildirib. Lakin o etiraf edib ki, hətta Ay proqramına belə vəsait ayrılmayıb. Hesablamalara əsasən, "Space Launch System" raketinin Aya bir dəfə uçuşu 1 milyard dollara başa gələcək.
ABŞ-ın NASA agentliyindən fərqli olaraq, özəl şirkətlərin Mars üzrə planları daha optimistikdir. Belə ki, "SpaceX şirkətinin rəhbəriİlon Mask bu ilin sentyabr ayında şirkətinin Mars planeti üzrə olan planları haqqında məlumatların paylaşacağını bildirib.