Bu gün səhər saatlarında Salyan şəhərinin mərkəzində, A.Hüseynov və Ə.Hüseynzadə küçələrinin kəsişməsində iki avtomaşın toqquşub.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, Salyan şəhər sakininin idarə etdiyi "Mercedes-C" markalı avtomaşınla Neftçala rayon sakininin idarə etdiyi "Niva"nın toqquşması nəticəsində sonuncu idarəetmədən çıxaraq yolun kənarındakı suötürücüsünə düşüb və aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomaşınlar istismara yararsız hala düşüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.