Qusar-Xudat yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org xəbər verir ki, "Report"un Şimal bürosunun məlumatına görə, yolun Qusarın Ləgənqışlaq kəndi ərazisindən keçən hissəsində 9 yaşlı Məryəm Zərbəliyevanı maşın vuraraq öldürüb.
Hadisəni 1962-ci il təvəllüdlü Nərmin Məmmədova idarə etdiyi avtomobillə törədib. Məryəm hadisə yerində ölüb.
Faktla bağlı Qusarın hüquq-mühafizə orqanlarında araşdırma aparılır.