İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.

Unikal.org-un məlumatına görə, bu barədə "Frans Press agentliyi məhkəməyə istinadən xəbər yayıb.
 
Hadisənin təfərrüatları hələlik açıqlanmır.

H. Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.