"Mançester Yunayted"in vitse-kapitanı Ander Errera klubunda xoşbəxt olduğunu qeyd edib.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "Barselona"nın onunla maraqlanmasına belə münasibət bildirib:
""Barselona"dan mənə təklif gəlməyib. "Yunayted"də xoşbəxtəm. Burda özümü vacib və dəyərli futbolçu kimi hiss edirəm. Buna görə komandanın uğurlarına köklənmişəm. Morata? Əlbəttə, onunla komanda yoldaşı olmaq istərdim. Klublar danışıqlar apardığına görə bu istəyim reallaşa bilərdi. Təəssüf ki, Alvaro "Yunayted"ə keçmədi. İstənilən halda, ona uğurlar arzulayıram".
Qeyd edək ki, müqaviləsi 2018-ci ildə başa çatan Errera onun müddətini 2022-ci ilə kimi uzadıb.