Gecə klubunda qızı döyən boks üzrə dünya çempionu Elvin Məmişzadə sosial şəbəkədə dəbdəbəli həyatından fotolar paylaşıb.
Unikal.org bakuws-yə istinadən xəbər verir ki, boksçu dostaları ilə birgə eyləndiyi şəkilləri İnstaqram səhifəsində paylaşır.
Qeyd edək ki, hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində, şəhərin "26 land gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb.
Məsələ ilə bağlı polis tərəfindən araşdırma başlanıb.
Qeyd edək ki, Məmişzadə, eyni zamanda, I Avropa Oyunlarının qızıl medalçısıdır.