Perunun cənubunda 6,6 gücündə zəlzələ baş verib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanların episentri Kamana şəhərindən 104 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Komandor adaları yaxınlığında, Berinq dənizində 7,4 bal gücündə zəlzələ baş verib.