"SOCAR Georgia Gas şirkətinin Gürcüstanda satdığı təbii qazın qiyməti artıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, ölkənin Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının qərarına əsasən, "SOCAR Georgia Gas şirkətinin abunəçiləri 1 kubmetr qaz üçün 55 tetri əvəzinə 57 tetri ödəməli olacaqlar.
Qeyd edək ki, "SOCAR Georgia Gas şirkəti cari ilin iyununda təbii qazın tarifinin artırılması ilə bağlı Gürcüstan hökumətinə müraciət etmişdi.