İstanbul polisi Kürd İşçi Partiyasının (PKK) üzvlərinə qarşı antiterror əməliyyatı keçirir.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat barədə şəhər polis idarəsi məlumat yayıb.

Reydlər zamanı 12 nəfərin saxlanıldığı bildirilir. Onların hamısının Türkiyə vətəndaşları olduğu deyilir.

Hazırda saxlanılanların PKK ilə əlaqələri araşdırılır.