Salyanda rayon sakininə canavar hücum çəkib.

Unikal.org  report-a istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 61 yaşlı Rəcəb Şahı oğlu Qədirov çöldə canavar hücumuna məruz qalıb. Canavar onun üz nahiyyəsinə ciddi xəsarət yetirib. Yaralı Salyan Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona quduzluq əleyhinə vaksin vurulub və travmatologiya şöbəsinə yerləşdirilib.