Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 44,46 dollar, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti 0,01 dollar azalaraq 49,31 dollar olub.
Unikal.org xəbər verir ki, "AzəriLayt markalı neftin bir barrelinin qiyməti isə 0,89 dollar bahalaşaraq 50,21 dollar təşkil edib.