Transanadolu qaz kəmərinin (TANAP) tikinti işləri 77,3 faiz başa çatıb.
Unikal.org-un məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev "Anadolu" agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, TANAP Azərbaycan, Türkiyə və Avropa üçün enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm layihədir.
R.Abdullayevin sözlərinə görə, boru kəmərinin inşası sürətlə davam edir: "Türkiyəyə TANAP ilə təbii qazın ilk hissəsi 2018-ci ilin birinci yarısında çatdırılacaq".
SOCAR prezidenti bildirib ki, layihənin dəyəri təqribən 8,5 milyard dollar təşkil edir.