"İndi balıqyetişdirmə müəssisəsinin təməli qoyulacaq, balıq bazarı
tikilib. Baxın, bu günə qədər Bakı şəhərində balıq bazarı olmayıb. Bu,
böyük çatışmazlıqdır. Çünki dəniz kənarında yerləşən şəhərlərin
əksəriyyətində balıq bazarları olur.
Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev
Pirallahıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, bu balıq bazarları həm vətəndaşlara xidmət
edir, eyni zamanda, bir növ turizm zonasına çevrilir: "İndi burada
gözəl bir kiçik bulvar salınıb, balıq bazarı var, balıq yetişdirmə
müəssisəsi yaradılır. Turizmin inkişafı bundan sonra sürətlə gedəcək.
Gürgan qəsəbəsində böyük turizm layihəsi var. İndi Pirallahı da gözəl
bir cənnət yerə çevrilib. Burada həm Pirallahı, həm bütün Bakı
sakinləri, Azərbaycan vətəndaşları və qonaqlar üçün çox gözəl şərait
yaradılıb.