36 yaşındakı Amerikalı dəniz piyada qoşunlarının zabiti Jonathan Grant, keçirdiyi avtomobil qəzasından sonra beyninə qan sızması nəticəsində dörd ay boyunca komada qalıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Grantıni heç bir zaman tək buraxmayan həyat yoldaşı Laura Browing Grant, bu müddət ərzində yoldaşının sağlamlığına qovuşması üçün xəstəxanadakı həkim və tibb bacılarına hər zaman köməkçi olub.
Grantı komadan ayılan kimi yapışaraq sarılıb, öpdüyü həyat yoldaşı Lauraya təşəkkürünü bildirib. Laura isə hadisədən sonra əri ilə heç vaxt qucaqlaşmadığını deyib. Ərinin ilk dəfə ayağa qalxmağa çalışaraq onu öpdüyünü söyləyən gənc qadın, insana bunun nə qədər mükəmməl bir his olduğunu deyib.
Laura ayrıca, ərinin müalicə müddəti ərzində yanından heç ayrılmayıb və qəzadan qabaq onunla olan fotoşəkilləri ictimai mediadan paylaşaraq sevginin gücünü hər kəsə göstərib.