Məscidi-Əqsanı işğal edən İsrailə qarşı təşkil edilən etirazlar əsnasında namaz qılan bir fələstinli gənc, yanından keçən İsrail hərbçisi tərəfindən təpiklənib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Məscidi-Əqsanı işğal edən İsrail qüvvələrinə qarşı Qüds və Fələstin daxilində təşkil edilən etiraz aksiyalarında baş verib.

Etiraz edərək Qüds küçələrində Cümə namazı qılan müsəlmanlara, İsrail polisi güllələr və bibər qazıyla müdaxilə edib. Hücumlarda 3 fələstinli həyatını itirib, namaz qılan gənci isə hərçi təpikləyib.