Ukraynanın "Futbol 1 telekanalının jurnalisti İqor Burbas ölkə millisinin sağ cinah müdafiəçisi Artyom Fedetskinin gələcək karyerası ilə bağlı 3 variant üzərində düşündüyü haqda açıqlama verib.

Unikal.org-un Qol.az-a istinadən xəbərinə görə, özünün Tvitter səhifəsində o yazıb ki, 32 yaşlı futbolçu "Qarabağ"la çempionluq qazanmaq üçün uzaq Azərbaycana, Ukraynaya qonşu olan Polşaya və ya optimal variant kimi Türkiyəyə getmək barədə düşünür.

Qeyd edək ki, Artyom Fedetskinin son komandası "Darmştadt olub. 2016/17 mövsümü başa çatdıqdan sonra alman klubu onunla yekunlaşan müqavilənin müddətini uzatmayıb.