İsrail hökuməti Qüdsdə Əl-Aksa məscidində tətbiq edilən yeni təhlükəsizlik qaydalarını ləğv etməyəcək.

Unikal.org-un "Al-Mayadin" telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün İsrail baş naziri Binyamin Netenyahu bəyan edib.
B. Netenyahu güc strukturlarının rəhbərləri ilə iclasdan sonra bildirib ki, təhlükəsizlik qaydaları dəyişməz qalacaq.
Qeyd edək ki, iyulun 14-də Qüdsdə Əl-Aksa məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. İsrail hökuməti bu olaydan sonra Əl-Aksa məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.