Bakıda qadın küçədə gedərkən başına dam izolyasiyası örtüyü düşüb. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki, İçərişəhər M.Mansur küçəsi 26-da yaşayan 1957-ci il təvəllüdlü Rüstəmova Tamilla Məmmədrəfi qızı 102-yə zəng edərək bildirib ki, evin dam örtüyünü dəyişən tanımadığı Mənzil İstismar Sahəsinin işçilərinin ehtiyatsızlığından "tol parçası onun üzərinə düşüb.

Qadına tibbi yardım göstərildikdən sonra evə buraxılıb.