"Hər hansı bir səbəblə müsəlmanların "Məscidi-Əqsaya girişinə qadağa qoyula bilməz.
Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Baş nazirliyə aid "Twitter" hesabından yaydığı açıqlamada bildirib.
O deyib ki, Türkiyə İsrailin etdiyi səhvdən geri addım atacağını gözləyir.
Xatırladaq ki, 14 iyulda "Məscidi-Əqsada atışma çıxmış, 3 fələstinli və 2 İsrail polisi ölmüşdü.
Hadisədən sonra müsəlmanların "Məscidi-Əqsaya girişinə qadağa qoyulub.