Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.

Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Hazırda yanğın lokallaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.

10:40

Bakıda İzmir parkının yaxınlığında yerləşən yaşayış binasında yanğın başlayıb.

Unikal.org trend-ə istinadən xəbər verir ki, yanğın baş verən binanın sakinləri təxliyə edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.