Tovuz rayonunda 46 yaşlı kişini ilan sancıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Rafiq Məmmədov əkin sahəsində işləyən zaman ilan onun topuq nahiyəsindən sancıb. R. Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.