İyulun 23-də, gecə saat 22:35 radələrində aeroport yolunda dəhşətli qəzada adı hallanan "BMW 760 markalı, 10 RG 005 döbvlət nömrə nişanlı avtomobilin sahibi məlum olub.
Unikal.org-un araşdırmasına görə, sözügedən avtomobilin sahibi Tağıyev Azər Cəmil oğludur.
Özünü Azər müəllimin yeznəsi kimi təqdim edən Fuad adlı şəxs unikal.org-a açıqlamasında sözügedən hadisə barədə danışıb və baş vermiş qəzada A.Tağıyevin heç bir təqsirinin olmadığını deyib:
"Dünən axşam Azər müəllim ailəsi ilə birlikdə avtomobili ilə bağ evinə gedirmiş. O avtomobili saatda 120-130 km/sürətdə idarə edib. Arxadan gələn bir tərbiyəsiz ona "miqat etməyə başlayıb. Azər müəllim ona yol vermədiyindən avtomobili onun sağ-soluna tərbiyəsiz kimi verməyə başlayıb. Daha sonra Azər müəllimin avtomobilin qabağına keçib. Aşağı-yuxarı sürətdə avtomobili idarə etməyə başlayıb. Azər müəllimdə avtomobili saxlayıb. Ona deyib ki, a bala nə istəyirsən, dərdin nədir? Niyə məni yolumda çaşdırır, qabağımda sürətlə gedirsən? O da deyib ki, yaxşı edirəm. Bundan sonra Azər müəllim sözügedən adamın gənc olmasını nəzərə alıb yoluna davam edib.
Fuad adlı şəxs Azər müəllimin hadisədən sonra qəza olmasından xəbəri olmadığını da deyib:
"Nəsə olub? Kimisə vurublar? Azər müəllimin avtomobilində bir cızığda yoxdur. Əgər Azər müəllimin qəza şəraiti yaratması barədə deyilirsə, bəs ,nəyə görə polis bir xəbər vermir? Kamera var. Araşdırılsın. Əgər Azər müəllim qəza şəraiti yaratmışdısa, nəyə görə öz maşınına nəsə olmayıb? Bunun fəsadları hanı? Şükür Allaha kamera var. Araşdırılsın. Bəzi adamlar başı qaşınmaq üçün bilmirlər kimə ilişirlər. Mən özüm o adamı görsəm, başa salacam. Deyəcəm ki, xeyir ola ağsaqqalla məzələnirsən?.
Qeyd edək ki, iyulun 23-də, gecə saat 22:35 radələrində aeroport yolunda dəhşətli qəza baş verib. "Komosmol dairəsi kimi tanınan ərazinin yaxınlığında 6 avtomobil toqquşub. Hadisə zamanı avtomobillərə xeyli ziyan dəyib, bir neçə yaralı var. Qəzaya ilk səbəb olan "Land Cruiser markalı avtomobil sağ tərəf üstə aşaraq asfalt üzərində təxminən 100 metr sürünüb. Hadisəyə səbəbkar kimi "BMW 760 markalı, 10 RG 005 dövlət nömrə nişanlı avtomobil göstərilir.