Azərbaycanda böyük yanacaqdoldurma məntəqələri kontaktsız ödənişlər qəbul edəcək. 

Unikal.org xəbər verir ki, bunu Trend-ə maliyyə bazarındakı mənbə deyib.

Mənbə qeyd edib ki, hazırda YDM-lər bank kartları vasitəsilə ödəniş qəbul edən POS-terminallardan istifadə edirlər: "Lakin artıq alınmış yanacağa görə ödənişi kontaktsız kartlar vasitəsilə də həyata keçirmək mümkün olacaq. Burada söhbət "PayPass kontaktsız ödəmələrdən gedir. Kontaktsız ödəmələrin YDM-lərdə tətbiqinin məqsədi nəğdsiz ödənişin dövriyyəsini, həmçinin istifadəçilərin rahatlığını artırmaqdır.

Qeyd edək ki, kontaktsız ödəmə texnologiyalı bank kartları "Visa" və "MasterCard" beynəlxalq ödəmə sistemləri tərəfindən buraxılır.