Mingəçevir şəhərindəki çimərlikdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilasedicilər tərəfindən sudan çıxarılıb. 

Unikal.org xəbər verir ki, bu gün saat 18:00 radələrində Gəncə şəhər sakini, 1996-ci il təvəllüdlü Ağaməmmədov Vüsal Şöhrət oğlu dostları ilə birgə Mingəçevir su anbarının sahilindəki çimərlikdən kənar ərazidə çimən zaman suda boğulmaq təhlükəsi ilə üzləşib. Dərhal əraziyə FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevir şəhərindəki Aran dalğıc axtarış qrupunun xilasediciləri cəlb olunub. 

Batmaq üzrə olan şəxsi xilas edilərək sahilə çıxarılıb.