CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 49,77 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,32 dollar/barel çoxdur.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 49,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 24-də 46,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətləeynidir.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 24-də 47,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.