Bakının Binəqədi rayonunda yerləşən kafelərdən birində bıçaqlanma olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Mirmahmud Kazımovski küçəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Hüseynov Hakim tanışları ilə kafedə yeyib-içdikdən sonra dava edib. Bu zaman ona 3 bıçaq xəsarəti yetirilib. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsində araşdırma aparılır.