Milli Mətbuat günü münasibəti ilə Ağsuda yerləşən "Az-Granata" MMC-nin şirə və şərab emalı zavoduna media tur həyata keçirilib.

Unikal.org xəbər verir ki, milli mətbuatın yaranmasının 142 illiyi münasibəti ilə KİV nümayəndələri üçün MMC-nin Ağsuda yerləşən zavoduna 1günlük səfər təşkil olunub. Səfərdə unikal.org, qaynar.info, apa, big.az, olaylar.az, "ikisahil" qəzeti və digər mətbu orqanların nümayəndələri də iştirak ediblər.

Şirkətin icraçı direktoru Vuqar Mikayılov öncə Az-Granata MMC- nin rəhbərliyi və kollektivi adından mətbuat sahəsində çalışan bütün mətubat işçilərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib və onlara yorulmaz fəaliyyət, davamlı uğur arzulayıb. O vurğulayıb ki, şirə və şərab emalı zavodu olaraq Az-Granata MMC- nin tanınmasında və kollektivimizin uğurlarının ictimaətə çatdırılmasında danılmaz əməyi olan bir çox mətbuat nümayəndələri varki, rəhbərliyimiz və kollektivimiz o dəyərli qələm sahiblərini xüsusi olaraq təbrik edir və bizə dostcasına dəstək olduqları üçün sonsuz təşəkkürümüzü bildiririk.

Daha sonara Vuqar Mikayılov jurnalistləri zavodun məhsulları ilə tanış edib.



Jurnalistlər zavodun istehsalını canlı izlədilər və onlara istehsal prosesi haqqında geniş məlumatlar verilib. Yeni tikilməkdə olan zavodla da yaxından tanış olan mətbuat nümayəndələri, sonra zavodun dequstasiya zalında Az-Granatanın məhsullarından dadmaqla yanaşı həm də məhsullar haqqında şirkətin icraçı direktoru Vüqar Mikayılovdan geniş məlumatlar alıblar. 

Səfərdə iştirak edən jurnalist heyəti də göstərilən bu diqqət və qayğıya, təşkil edilmiş maraqlı və zəngin səfər proqramına görə Az-Granata MMC- nin rəhbərliyi və kollektivinə dərin təşəkkürlərini bildiriblər. Sonda isə jurnalistlərə hədiyyələr tədqim olunub. Zavod əməkdaşları ilə birgə xatirə şəkilləri çəkilib.

Xatırladaq ki, 2011-ci ildə inşa olunmuş 2.5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. Az-Granata meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.


Zavod Almaniya, İsveçrə, İtalya, Bolqarıstan və Fransa istehsalı avadanlıqlarla təchiz olunub. Az-Granatanın 450 hektar üzüm və 400 hektar nar bağları var. Yaxın vaxtlarda daha bir ərazidə 400 hektar nar bağının salınması nəzərdə tutulur. Nar bağları oqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.