"Avesta konsernin prezidenti, məşhur iş adamı Hacı İbrahim Nehrəmli Xəzər dənizində çoxfunksiyalı "Khazar Islands ("Xəzər adaları) layihəsini həyata keçirdiyini, qısa müddətdə dünyada analoqu olmayan bir şəhəri tikəcəyini bəyan etmişdi. Son günlər yayılan söz-söhbətə görə, "Khazar Islands ("Xəzər adaları) layihəsi dövlətə küllü miqdarda borcuna görə, iş adamı Hacı İbrahim Nehrəmlidən alınıb. Yaxın günlərdə layihənin yeni rəhbərinin ictimayyətə təqdim olunacağını və bundan sonra sözügedən ərazidə işlərin başlanacağı vurğulanıb. Bu gün mətbuatda yeni "Avesta Group of Companies" MMC Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığını və MMC-nin nizamnamə kapitalı 10 manat olması barədə də informasiya yayımlandı.
Bütün bunlarla bağlı şirkətin təsisçisi Hacı İbrahim Nehrəmli unikal.org vasitəsilə münasibət bildirib.
O, öncə yeni yaradılan şirkət barədə məlumat verib:
"Öncə onu deyim ki, "Avesta Group of Companies" MMC-nin yaradılmasında məqsədimiz kənd təsərrüfatı ilə məşğul olmaqdır. Cənab prezident İlham Əliyevin kənd təsərrüfatı sektoru ilə bağlı göstərdiyi dövlət dəstəyi siyasətinə biz də öz tövhəmizi vermək istəyirik. Yeni yaradılan MMC-nin əvvəlki şirkətimizlə heç bir bağlılığı yoxdur.
"Avesta konsernin prezidenti, Xəzər dənizində çoxfunksiyalı "Khazar Islands ("Xəzər adaları) layihəsin başqa bir adama verilməsi xəbərinə isə belə münasibət bildirib:
"Mənim bütün obyektlərim yerindədir. "Avesta Concernə məxsus hər hansısa bir obyektin əlimdən çıxması şaiyədən başqa bir şey deyil. İnşaAllah sentyabr ayından "Xəzər adalarında yeni işlərin şahidi olacaqsınız. "Xəzər adalarının köhnə və yeni rəhbəri də özüməm. (Gülür) Artıq bütün işlərim qaydasında gedir.