Paurliftinq üzrə 4 dəfə dünya, 7 dəfə Avropa çempionu, Əməkdar idman ustası Vüqar Namazov Unikal.org-a müsahibə verib. O, həm idmançıların doppinq qəbul etməsi səbəbinə toxunub, həm də sahibi olduğu idman zalının bir müddət öncə əlindən alınmasından danışıb.

- Ötən il Sizin idman zalınızın əlinizdən alınması ilə bağlı şikayət etmişdiniz. Zalı geri ala bildiz?

- Bəli almışam. Bu, bir anlaşılmazlıq idi. Artıq hər şey qaydasına düşüb. Hazırda zalımız yerdən fəaliyyətini davam etdirir.

- Sizə bu məsələdə kim köməklik etdi?

- Öz aramızda həll etdik. Bunlar artıq arxada qaldı.

- Sizin klubun Ələddin Əliyevin rəhbəri olduğu paurliftinq federasiyası ilə xüsusi bir əlaqəs var?

- Mən özüm də pourliftinq millisinin üzvüyəm. Klubumuzun məşqçiləri Ramin Əhmədov, Hafiz Verdiyev 2016-cı ildə Amerikada keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

- İdmançı kimi fəaliyyətimi davam etdirirsiz?

- Artıq mən özüm də məşqləri bərpa etmişəm. 2018-ci ildə yenidən yarışlara qatılmaq fikrim var.

Amma məşqici kimi fəaliyyət göstərmirəm. İdmançılara lazım olanda məsləhətlərimi verirəm, köməklik göstərirəm. Fikirləşmirəm ki, mən onların məşqçisiyəm. Sadəcə, idmançı yoldaşı kimi dəstəyimi əsirgəmirəm.

- Niyə fasilə vermişdiz? Uzun müddətdir yarışlara çıxmırdız, 2017-ci ili də buraxmaq fikriniz var?

- 2011-ci ildə keçirilən dünya çempionatında ağır zədə almışdım. Məşqlərə təzə başlamışam. O üzdən hesab edirəm ki, bu il hazırlıq bərpa işlərini çatdıra bilmərəm. Hazırda ayağımda əzələ cırılması, bir də qol əzələmin qopması zədəm var.

- Bəs məsləhət verərkən sizi dinləməyənlər, münaqişə etməyə çalışanlar olub?

-Xeyir. Bizim komandada elə əxlaqa mənsub olan idmançılar yoxdur.

- Məşq üçün günün hansı saatını özünüz üçün daha əlverişli hesab edirsiz?

- Əsasən 3 və ya saat 4-dən sonra məşqlər edirik. Elə vaxtlar olur gündə iki dəfə məşqlərimiz olur. Səhər məşqləri və axşam saat 6-dan sonra...

- Bu gün idmançılara verilən dəstək necədir? Söhbət dövlətin verdiyi dəstəkdən getmir. İstər federasiya, istər digər aidiyyatı qurumlar, istərsə də kənar imkanlı şəxslərin...

- Şükürlər olsun, bu gün Dövlətimiz tərəfindən yaradılan şərait yetərincə var, ona görə idmançılara kənardan dəstək verməyə ehtiyac yoxdur. Artıq 22 ildir professional idmandayam. Müəyyən nəticələr əldə etmişəm. Dövlətimiz tərəfindən daim diqqət mərkəzində olmuşam.

- O zaman idmançının sponsora da ehtiyyacı yoxdur?

- Sponsora ehtiyacları ola bilər idmancılar. Kənardan dəstək olmağı idmançılara daha da yaxşı nailiyətlər əldə etməyə yardımçı olar.

- Paurliftinq idmanı son zamanlar dəb halını alıb. Səbəb də bədən formalaşdırmaq... Siz vitaminlərdən istifadə edirsiz? Vitaminləri alarkən nəyə diqqət edirsiz? İdman qidalarının bəzilərini sağlamlıq üçün də zərərli hesab edirlər.

- Pauerliftinq idmanı gücün qüvvətin göstəricisidir. Ən qədim zamandan daima türk milləti öz gücü qüvvəti ilə həmişə fərqlənib. Bu idman da bizə daha doğma idman növüdür. Vitaminlərə gəldikdə isə elə bir idman növü göstərə bilərsizmi vitamin dərmanlardan istifadə etməsinlər.

- Vitaminləri alarkən necə əmin olursuz ki, bunun tərkibində qadağan olunmuş maddələr yoxdur?

- Qadağa olunmuş peraparatlar haqqında dünya dopinqə nəzarət təşkilatının sayıtında müəlumatlar var.

- Buna baxmayaraq bizim idmançılar içərisində yetəri qədər dopinqdə ilişənlər olub.

- Düzdür. Sizin fikirlə razıyam. O idmançıların doppinqli çıxması özləri məşqci məsləhətindən kənar əldə etdiyi dərmanların nəticəsidir.

- Bizim pauliftinqçilər necə maliyyələşir? Bilirik ki APF elə də güclü maliyyəsi olan bir qurum deyil.

- Pauerliftinq fedarasiyası tərəfindən atletlərimiz yarışlarda iştirak etmək ücün maliyyə dəstəyi alır.