Tanınmış jurnalist, "Yeni Müsavat qəzetinin parlament müxbiri Elşad Paşasoy cibgirlərin hədəfinə tuş gəlib.
Unikal.org xəbər verir ki, cibgirlər jurnalisti soyublar.
"40 nömrəli avtobusla gəlib dayanacaqda düşdüm, 50-60 addım atmışdım ki, birdən qeyri-ixtiyari əlimi cibimə apardım. Elə bil namərdlər maaş aldığımı bilirmişlər. 200 manatı cibimdən necə çıxarıblar, bilməmişəm. Avtobusun son dayanacağına da getdim, sürücü "Allah rəhmət eləsin" deyib təskinlik verdi, deyə E.Paşasoy hadisə barədə təəssüflə bildirib.