Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Goranboy-Xanqərvənd avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2104 markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilib.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.